ABŞ koronavirusa qarşı peyvəndin hazır olacağı vaxtı açıqladı
ABŞ hökuməti COVID-19 virusuna qarşı peyvəndi gələn ilin yanvar ayınadək hazırlamağı planlaşdırır.
ENA.az xəbər verir ki, bunu “CNN”ə Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci deyib.
“Düşünürəm ki, hər şey qaydasında olarsa, uğur qazanacağıq. Ancaq çətinliklərin yarana biləcəyi ilə bağlı bir sıra hallar var. Bundan əvvəl, hökumət dərmanın yaradılması üçün bir neçə perspektivli layihə əldə edib”-deyə, o bildirib.