Bank

Dörd bankda 1 milyard manata yaxın depozit var - CƏDVƏL

Azərbaycan Mərkəzi Bankının qərarı ilə bağlanmış “Atabank”, “Amrahbank”ASC-lərdə, eyni zamanda hazırda müvəqqəti inzibatçılığa verilən “NBCBank”, “AGBank” ASC-lərdə 900 milyon manatdan yuxarı pul var.

ENA.az xəbər verir ki, bankların açıqladığı son maliyyə hesabatlarına əsasən, bu vəsaitlərin böyük bir hissəsi fiziki şəxslərin əmanətləridir. Ən böyük əmanət portfeli isə "Atabank"dadır. "Atabank"ın 2019-cu ilin 1 oktyabr tarixinə depozit portfelində 270 milyon manat fiziki şəxslərin, 15 milyon 454 min manat  hüquqi şəxslərin vəsaitləri olub. Bank sektorundan aldığımız məlumata görə, ötən ilin son aylarından başlayaraq, bankda vəziyyətin gərginləşməsi ilə depozitarlar vəsaitlərini geri tələb etməyə başlayıblar və həmin müddətdə pulların təxminən 10%-i ödənilib. Ümumilikdə depozit portfelinin 85%-i qorunan əmanətlər olub.   

ENA.az maliyyə hesabatına əsasən xəbər verir ki, 2019-cu il 31 dekabr tarixinə “Amrahbank”da  152 milyon 457 min manat dəyərində fiziki şəxslərin, 22 milyon 699 min manat dəyərində hüquqi şəxslərin pulları olub.

Hazırda müvəqqəti inzibatçının təyin edildiyi NBC Bank və AGB-dakı vəziyyət isə aşağıdakı kimidir.

 

Bağlanmış və müvəqqi inzibatçı təyin edilən banklar

Fiziki şəxslərin pulları, manatla

Hüquqi şəxslərin vəsaitləri, manatla

Atabank

270 milyon 813 min

 

15 milyon 454 min

Amrahbank

152 milyon 457 min

22 milyon 699 min

NBC Bank

134 milyon 71 min

125 milyon 740 min

AGBank

146 milyon 544 min

 

62 milyon 811 min

 

CƏMİ

703 milyon 885 min

226 milyon 704 min

Hazırda lisenziyası ləğv edilən "Atabank”, “Amrahbank”in iflas proseduru başlayıb və ləğvediciyə - Dövlət Əmanətlərin Sığortalanması Fonduna təhvil verilib. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)