Bank

"Bu banklara terapiya artıq kömək etmədi və biz cərrahiyyə əməliyyatını həyata keçirdik".

"Bu banklara terapiya artıq kömək etmədi və biz cərrahiyyə əməliyyatını həyata keçirdik". Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Atabank və Amrahbank-ın bağlanması ilə bağlı danışarkən bildirib. 

E.Rüstəmovun sözlərinə görə, hər iki bankda kapital itkisi və maliyyə çatışmazlığı vardı. Hər iki bankın sahibləri ilə görüşlər olub və onlara bankın əlavə kapitallaşması imkanları təklif edilib.

"Bank rəhbərləri kapitallaşmadan imtina ediblər və buna görə də onların bağlanmasına qərar verilib. Maliyyə sektorunun sağlamlaşdırılması başa çatdırılmalıdır və 85%-dən yuxarı əmanətlər Azərbaycanda qorunur". 

AMB sədri bildirib ki, bağlanan bankların işçilərinin əmək haqqları ödəniləcək və kadrların işlə təmin olunmasına da yardım etməyə çalışacaqlar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)