Aqrar

“Aqrar sektora ildə 1 mlrd. manat kredit lazımdır”

 “Hesablamalarımıza əsasən, Azərbaycanda kənd təsərrüfatı sahəsinə ildə, təxminən, 1 mlrd. manat kredit lazımdır”.

"BI" xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin (İH) sədri, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin üzvü Süleyman Kələşov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə aqrar sektorun maliyyələşdirilməsi ilə bağlı vəziyyət qaneedici deyil: “Ölkə üzrə ümumi kredit portfeli 11,7 mlrd. manatdır. Bunun isə cəmi 600-700 mln. manatı kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılıb. Ən çox kredit isə emal sahəsinə verilib”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department