Qeyri-Bank

Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.

ENA.az xəbər verir ki, bunlar Sumqayıt şəhərindəki "Böyük İstisu" və Quba rayonundakı "Əlif" kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 45-dən 43-ə düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)