MALİYYƏ

Rusiya faiz qərarını açıqladı

Rusiya Bankı (Mərkəzi Bank) ucot dərəcəsini 0,5 faiz bəndi azaldaraq son 6 ildə ilk dəfə 6%-dən 5,5%-ə endirib. 

Qurum qərarını koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsir etməsi ilə izah edib.

Bundan başqa, Rusiya Bankı bu il üçün inflyasiya proqnozunu 2,9%-3,2%-dən 3,8%-4,8%-ə dəyişib. Gələn il isə qurum ölkədə 4% səviyyəsində qiymət artımı gözləyir. 

Mərkəzi Bankı bu il Rusiya iqtisadiyyatının 4%-6% kiçiləcəyini, gələn il isə 2,8%-4,8% böyüyəcəyini proqnozlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)