“Ata Sığorta”nin Baş ofisinin yeri dəyişdirilib
“Ata Sığorta” ASC-nin Baş ofisinin yeri dəyişdirilib.
ENA.az-ın xəbər verir ki, Sığorta Şirkəti bundan sonra Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 124 ünvanına köçürüləcək. Bu aprel ayından etibarən Sığorta Şirkətinin baş ofisi bu ünvanda fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Ata Sığorta”nın hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev 102-də qeydə alınsa da, Şirkət Z.Əliyeva küç. 55-də, yəni Yeni Həyat Plazada məskunlaşmışdı.
Ata Sığorta – 2004-cü ildə yaradılıb, 14,6 mln. manat nizamnamə kapitalına malikdir. Kapitalının 100%-i Ata Holdinq-ə məxsusdur.