Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini ötdü
"Türkiyədə son sutkada daha 115 nəfər pandemiyanın qurbanı olub”.
ENA.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 491 nəfərə çatıb.
Nazir həmçinin daha 3 116 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 101 790-a yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 18 491 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.