Sosial iqtisadiyyat

“Qeydiyyatdan keçənlərə 1 gün müddətində işsiz statusu verilir” - RƏSMİ

“Hazırda işsiz statusunun verilməsi və işsiz vətəndaşlara birdəfəlik müavinətin ödənilməsi ilə bağlı fəaliyyət göstərən sistemdə heç bir yüklənmə yoxdur və qeydiyyatdan keçənlərə 1 gün müddətində işsiz statusu verilir”.
ENA.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, vətəndaşa SMS elektron bazaya daxil olan məlumat əsasında göndərilir:

“SMS-in göndərilməsi ilə bağlı xüsusi bir tarix müəyyən edilməyib. Vətəndaşlar “Azərpoçt”un rəsmi intrenet ünvanından vəsaitin köçürülüb-köçürülmədiyi barədə informasiya ala bilərlər. Bunun çox asan yolu var. Vətəndaş sayta daxil olduqda elə ilk interfeysdə sorğu bölməsi açılır. Orada şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd edib “mən robot deyiləm” düyməsini seçirlər. Bundan sonra onlara məlumat təqdim edilir və burada qeyd edilir ki, sizə ödəniş verilib, gedib ala bilərsiniz, yaxud sizin haqqınızda heç bir məlumat tapılmadı. Əgər “heç bir məlumat tapılmadı” infromasiyası verilirsə, deməli, hələ onun müraciətinə baxılmayıb”.

B.Hüseynov deyib ki, ər və arvadın müraciəti 4-5 elektron baza əsasında araşdırılır:

“Araşdırma zamanı müraciətlə bağlı hansısa dövlət qurumunun bazasından məlumat daha tez üzə çıxır. Bu halda, həmin vətəndaşa da SMS daha tez göndərilir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department