Sosial iqtisadiyyat

“Vertu”nun sahibi 190 manatlıq ödəmə alıb? - NAZİRLİKDƏN AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkə səhifələrində işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin imkanlı şəxsə təyin olunması təəssüratı yaradan şəkillə bağlı məlumat yayıb.

ENA.az xəbər verir ki, nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sözügedən fotonun həqiqəti əks etdirmədiyini bildirib:

"Şəkildə “Vertu” markalı telefonda Ələkbərov soyadlı şəxsə birdəfəlik ödəmənin təyin olunmasına dair mesaj əks olunub. Birdəfəlik ödəmənin təyin olunduğu Ələkbərov və Ələkbərova soyadlı 326 şəxsin telefon nömrələri üzərindən araşdırma aparılıb. Aidiyyəti informasiya sistemləri vasitəsilə telefon nömrələrinin istifadə olunduğu mobil cihazlar (İMEİ kodu əsasında) müəyyən edilib. Ödəmə təyinatı aparılmış 326 şəxsdən heç birinin “Vertu” markalı telefona sahib olmadığı məlum olub.

Həqiqəti əks etdirməyən saxta paylaşımlarla birdəfəlik ödəmə proqramına qarşı inamsızılıq yaratmaq cəhdlərini kəskin qınayır və belə cəhdlərin hüquqi məsuliyyət yaratdığını bildiririk".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department