Rusiya paytaxtında artıq xəstəxanalar koronavirusa yoluxanlarI qəbul edə bilmir
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb.
ENA.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya paytaxtında artıq xəstəxanalar koronavirusa yoluxan xəstələri qəbul edə bilmir.
Bu gün sosial şəbəkə istifadəçilərinin yaydığı fotolardan görünür ki, Moskva vilayətindəki bir neçə xəstəxana yaxınlığında onlarla təcili yardım maşını gətirdikləri xəstənin qəbulu üçün növbə gözləyir.
Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, təcili yardım avtomobillərinin növbəsi daha çox Moskva yaxınlığındakı 3, 52, 68 və 119 saylı xəstəxanaların qarşısında müşahidə edilib.
Rusiyanın rəsmi mənbələri təcili yardım avtomobillərinin tıxacının şəhərdəki çətin epidemioloji vəziyyətlə bağlı olduğunu "RİA Novosti"yə təsdiqləyiblər.
Qeyd edək ki, Rusiyada koronavirus virusuna yoluxanların ümumi sayı 13 584 nəfərə çatıb. Onlardan 8552 nəfəri Moskvada yaşayır.