Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradıldı - SƏRƏNCAM
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.
ENA.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən 5 (beş) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən 2 (iki) nümayəndə daxil olmaqla 7 (yeddi) üzvdən ibarət aşağıdakı tərkibdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılsın:
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru
Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri
Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.