SOCAR-ın məhsullarının satılmasında 50-60% azalma var – MÜSAHİBƏ
SOCAR Türkiyə rəsmisi Zaur Qəhrəmanov: "Düşən neft qiymətləri səbəbiylə ikinci neft-kimya layihəmiz üçün yekun investisiya qərarını 2021-ci illərdə son rübünə təxirə saldıq", deyib.
Zaur Qəhrəmanov Türkiyə mətuatına verdiyi müsahibədə, yeni tip koronavirusun təsiriylə neft-kimya məhsullarının ixrac marşrutunu Avropadan şərq ölkələrinə dəyişdirdiklərini söyləyərək, "Neft qiymətlərinin 20 dollar səviyyəsinə qədər düşməsiylə, hər kəs kimi biz də təsirləndik. Düşən neft qiymətləri səbəbiylə ikinci neft-kimya layihəmiz üçün son investisiya qərarını 2021-ci ilin son rübünədək təxirə saldıq. İnanırıq ki, 45-55 dollar arasındakı qiymətlər digər ölkələr kimi Amerika, Səudiyyə Ərəbistanı və Rusiya üçün ideal səviyyədir", kimi fikrini izah edib.
Sual: Enerji sektoru da COVİD-19 pandemiyasından çox təsirləndi. Bu müddətdə hansı tədbirləri görürsünüz?
ZAUR QƏHRAMANOV: STAR NEZimiz tam gücü ilə işləyirdi və yaxşı bir vaxt əldə etmişdik. Təəssüf ki, COVİD-19 layihələrimizə təsir göstərir. İndi ən vacib məsələ istehlakdır. SOCAR olaraq 15 ölkədə işləyirik və istehlakda 50-60 faiz azalma var. Uçuş qadağaları səbəbindən reaktiv yanacaq sərfi də əhəmiyyətli dərəcədə azalıb. Yeni bir emal zavodu olduğu üçün texnologiyamız istehsalın rahatlığını təmin edir. Reaktiv yanacaq istehsalımızı mart ayından dizelə çevirdik. Son bir ayda dizel istehlakında 15 faiz azalma oldu. Sosial təcrid davam edərsə, bu tənəzzül davam edəcəkdir. Hesablamalarımıza görə, istehlakın azalması 40 faizə çatsa, NEZ-in gücünü 10-15 faiz azaltmalı olacağıq. Əlbətdə ki, olmamasına ümid edirik, amma hər hansı bir ssenariyə hazırıq. Üstünlüklərimizdən biri də NEZ-in neft-kimya dayaqlarına sahib olmasıdır. Neft-kimya zavodumuzda istehsal hazırda yaxşı gedir. Ancaq bu vəziyyət 2-3 ay davam edərsə, bütün istehsalımızla bağlı bəzi addımlar atmalı olacağıq.
SUAL: Reaktiv yanacaq istehsalının nə qədər hissəsi dizel istehsalına çevrildi?
ZAUR QƏHRAMANOV: Bu transformasiya prosesini bir həftəyə qədər başa çatdırdıq. Zavodumuzun illik reaktiv yanacaq istehsalı 1,7 milyon tondur. Bunu mart ayından dizelə çevirməyə başladıq.
SUAL: Dizeldən başqa digər məhsullarda konversiya varmı?
ZAUR QƏHRAMANOV: Ola bilər. Reaktiv yanacaq dizelə çevrilərkən əlavə neft-kimya xammalı alınır. Neft-kimya zavodlarımız inteqrasiya olunduğu üçün əlavə neft-kimya xammalını Petkim-ə göndəririk və emal edirik.
SUAL: Neftayırma zavodundan kənarda yatırımlarınız üçün hansı ssenariləriniz var?
ZAUR Qəhrəmanov: Türkiyədə enerjinin bütün sahələrində varıq. COVİD-19-un təsirini bütün sahələrdə görürük. Təbii qaz tərəfində bir az fərqli bir vəziyyət hökm sürür. Sənayenin qaz istehlakı azalsa da, insanlar evdə qaldıqları və qaz işlətdikləri üçün bir tarazlıq meydana gəlir.
Neft-kimya sənayesində istehlakda bir qədər azalma hiss olunur. Neft- kimyası baxımından son zamanlarda tibbi avadanlıq istehsalçılarının xammal ehtiyacları artdı. Bu tələblərin hamısını indiyədək qarşılamışıq və bundan sonra da davam edəcəyik. Neft-kimya istehsalımızın 50 faizini Avropa ölkələrinə, əsasən Almaniya, İtaliya, İspaniyaya ixrac etdik, lakin bu ölkələr COVİD-19-un ən çox vurduğu yerlərdən biridir. Buna görə ixrac marşrutumuz da dəyişdi və şərq ölkələrinə yönəldik. Ümid edirik ki, COVİD-19-dan sonra köhnə bazarlarımıza qayıda bilərik, amma bu müddətdə yeni yollar axtarmalıyıq. Yeni bir dünyada yaşayırıq. COVİD-19-dan sonra iqtisadi və siyasi cəhətdən yeni bir dünyada yaşayacağıq. Buna hazır olmalıyıq. İqtisadi böhran 3-4 aydan sonra daha dərin olacaq.
SUAL: İkinci bir neft-kimya investisiya planınız var. Həmin layihənin vaxtında dəyişiklik olubmu?
ZAUR QƏHRAMANOV: İnvestisiya təqvimimizdə geriləmə olacaq. Məlum olduğu kimi, neftin qiyməti 20 dollar səviyyəsinə endiyindən hər kəsə təsir göstərdi. 20-30 dollar səviyyəsindəki qiymətlər bizim və tərəfdaşlarımızın investisiya planlarına böyük təsir göstərdi. İkinci neft-kimya zavodumuzun son investisiya qərarını 2020-ci ilin sonunda verməyi planlaşdırırdıq, ancaq neftin qiymətinin düşməsi səbəbindən ikinci neft-kimya layihəmiz üçün son investisiya qərarını 2021-ci ilin son rübünədək təxirə saldıq.
SUAL: İstehsalçı və istehlakçı ölkələr üçün dayanıqlı bir bazar meydana gəlməsi üçün neft qiymətləri hansı səviyyədə qurulmalıdır?
ZAUR QƏHRAMANOV: İnanırıq ki, 45-55 dollar arasındakı qiymətlər digər ölkələr kimi Amerika, Səudiyyə Ərəbistanı və Rusiya üçün idealdır. Bu qiymətlər reallaşsa, ənənəvi neft istehsal edən bütün ölkələr üçün uyğun ola bilər. Amerikanın istehsal etdiyi şistin bir barreli 30-35 dollara çatır. Optimallaşdırma da etdilər. Bu səbəblə 45-55 dollarlıq xam nefti qiymət baxımından ideal səviyyədədir.
SUAL: Neftdəki tələb və təklifi tarazlaşdırmaq üçün nə etmək olar?
ZAUR GAHRAMANOV: COVİD-19-un təsirini nəzərə alsaq, hazırda neft hasilatında gündə 10 milyon barrel azaltma kifayət deyil. Bəzi ekspertlər tələbin 30 milyon barelə qədər azalmasının ola biləcəyini proqnozlaşdırırlar. Əlbəttə ki, gündəlik neft hasilatında ən azı 10 milyon barel azaldıqda, bu, bazardakı disbalansı aradan qaldıra və qiymətlərin düzəlməsinə kömək edə bilər.
SUAL: Türkiyədə bu müddətdə yaşanan iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz?
ZAUR QƏHRAMANOV: Əvvəlcə bunu demək istəyirəm, Türkiyə dövləti həm sosial rifahı, həm istehlak, həm də orta və kiçik sahibkarlara dəstək vermək üçün çox vacib addımlar atdı. Bizim kimi böyük şirkətlərə dəstəyə gəlincə deyə bilərəm ki, sərmayələrimizi davam etdirmək üçün çox düzgün addımlar atılmışdır. Biz Türkiyə iqtisadiyyatına inanırıq. Orta və kiçik sahibkarlığa dəstək bu böhrandan sonra çox vacib olacaqdır. 2.3 milyon orta və kiçik sahibkarlığın fəaliyyətini dayandırdığı bildirilir. Buna görə də bu müəssisələri tez bir zamanda dəstəkləmək və onların iqtisadi fəaliyyətini yenidən qurması çox vacibdir. SOCAR olaraq, işlədiyimiz şirkətlərlə daha uzunmüddətli qiymət strategiyası həyata keçirdik. Biz 15 ölkədə fəaliyyət göstəririk və bu ölkələr arasında ən möhkəm investisiya mühiti Türkiyədədir. Biz Azərbaycanın dövlət şirkəti olaraq Türkiyəyə 16 milyard dollarlıq sərmayə etdik və bu investisiyalar davam edəcək.
Bəzi qruplar tərəfindən sosial mediada bizim haqqımızda bir təsəvvür yaratmağa çalışırlar. Palmali Group şirkətinin sahibinin bizimlə heç bir əlaqəsi və ya ortaqlığı yoxdur. Bu şirkətlə Londonda məhkəmə çəkişməmiz oldu. Biz onlara borclu deyilik, onlar bizə borcludurlar. Buna baxmayaraq, belə bir mənzərə yaratmağa çalışırlar. Biz, Azərbaycan şirkəti olaraq Türkiyədəki yatırımlarımıza eyni şəkildə davam edəcəyik.