Sağlamlıq

Avstraliyalı alim: “COVID-19-a qarşı peyvənd hazırlanmayacaq, “B” planı lazımdır”

Avstraliyalı alim, epidemioloji məsələlər üzrə baş mütəxəssis Ceyn Hilton, COVİD-19 əleyhinə peyvəndin yaradılmasının mümkün olmadığını bildirib.

Bu barədə “Daily Mail” yazır.

Onun sözlərinə əsasən, dünyada başqa koronaviruslara qarşı heç vaxt uğurlu peyvənd yaradılmayıb. Alim bildirib ki, 40 il ərzində dünyada koronavirusdan 32 milyon insanın ölməsinə baxmayaraq, bu virusa qarşı peyvənd hələ də mövcud deyil.

Mütəxəssis qeyd edib ki, pandemiyaya son qoymaq üçün səhiyyə sistemi peyvəndin hazırlanmasına güvənməyərək, “B” planı  hazırlamalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)