PASHA Life işçi axtarır - VAKANSİYA
Vakansiya haqqında məlumat:
Struktur bölmə: İnvestisiya şöbəsi
Vəzifə: Mütəxəssis
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 26 aprel 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
2. Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
3. Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
4. Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: Ali - Maliyyə, İqtisadiyyat, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika, Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr dərəcəsi üstünlükdür;
Dil bilikləri: Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri: MS Excel - əla, MS Outlook - orta, MS Word - orta, MS PowerPoint - orta;
Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər, Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, təsir göstərmə, problem həlletmə, geniş perspektiv, planlaşdırma.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az; (012) 942
Vakansiya üçün müraciət qaydası:
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “İnvestisiya şöbəsinin mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.