Sosial iqtisadiyyat

Gürcüstan və Azərbaycan arasında yük daşımaları davam etdirilir

Gürcüstan-Azərbaycan sərhədindəki bütün gömrük-keçid məntəqələrindən yük avtomobillərinin hərəkəti 24 saat ərzində həyata keçirilir.

ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu daşımalara tranzit və dəmir yolu daşımaları da aiddir.

Nəqliyyat vasitələrinin hərəkəti zamanı xüsusi protokolun tələblərinə riayət olunur.

Xidmətdən bildirilib ki, iki ölkə arasındakı bütün sərhəd-keçid məntəqələri həm Gürcüstan, həm əcnəbi vətəndaşlar, həm də minik maşınlarının hərəkəti üçün tam bağlanıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)