Sağlamlıq

Çin Azərbaycana tibbi humanitar yardım göndərdi - FOTO

Çin Xalq Respublikasının Cek Ma Fondu və Alibaba Fondu COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib.

ENA.az AzərTac-a istinadən xəbər verir ki, humanitar yardıma tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər (teplovizor) daxildir.

Nazirlər Kabinetinin sosial məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə sektor müdiri Lalə Kazımova jurnalistlərə müsahibəsində bu humanist addımına görə Cek Ma və Alibaba fondlarına Azərbaycan hökuməti adından təşəkkür edib. “Bu pandemiyanın tezliklə bütün dünyada daha az itkilərlə bitəcəyinə ümid edirik”, - deyə o əlavə edib.

Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirir. ÇXR-in bu yaxınlarda Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsi bu dostluğun bariz nümunəsidir. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib.

 



Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)