"Qiymətlərin düşməsində kim günahkardır?" - Neft danışıqlarında qarşılıqlı ittiham
Bloomberg agentliyinin məlumatına görə, Rusiya və Səudiyyə Ərəbistanı istehsalı azaltmaq üçün yeni bir razılaşmanın parametrləri ilə bağlı fikir ayrılıqlarına malikdirlər.
ENA.az Bloomberg-ə istinadən xəbər verir ki, OPEC + iclasının təxirə salınmasının səbəbi "qiymətlərin düşməsində kim günahkardır", mübahisəsi olub. Bloomberg yazır ki, Moskva və Ər-Riyad neft hasilatını azaltmaq üçün yeni bir müqavilənin şərtləri barədə razılığa gələ bilmirlər.
Rusiya və Səudiyyə Ərəbistanı, digər neft istehsal edən ölkələr kimi, qiymət böhranını dayandırmaq üçün razılığa gəlməyə səy göstərirlər. Hər iki tərəf ABŞ-ın razılaşmaya qoşulmasını istəyir. Agentlik mənbələrinə görə, 10 aprel Cümə günü, G20 enerji nazirlərinin görüşü ola bilər, bu görüşdə ABŞ-ı da istehsalın azaldılmasına cəlb etməyə çalışacaqlar.
Hazırda Brent neftinin qiyməti 33 dollaradır.