BİZNES

Virusdan zərərçəkən şirkətlərin işçilərinin maaşını dövlət ödəyəcək - NAZİRDƏN AÇIQLAMA

Koronavirusun iqtisadiyyata təsiri ilə bağlı İşçi Qrupun təkliflər paketi hazırdır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun szölərinə görə, ÜDM-nin 1.2% təşkil edən 1 milyard manat dəstək fondunun ayrılması sahibkarlara dəyən zərərin minimallaşdırılmasına imkan verəcək.

ENA.az xəbər verir ki, nazir İşçi Qrupun 9 proqram hazırladığını bildirib. Müəyyən edilib ki, zərərçəkmiş sahələr 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu isə 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edir. Həmin işçilərin və sahibkarlıq subyektlərin işçilərinin əmək haqqlarının bir hissəsinin dövlət hesabına ödənilməsi nəzərdə tutur.

"Bu rəqəm ümumi işçilərin təxminən 50 faizini təşkil edir. 11 fəaliyyət istiqaməti üzrə zərəri 100 faiz kimi qiymətləndirmişik. Digər 9 sahə üzrə təsiri isə biz 70% əmsalı üzrə hesablayırıq. Proqramın çərçivəsində işçinin real maaşını və ya orta aylıq əmək haqqının götürdük. Orta aylıq əmək haqqı 712 manatdır. Bunun 50% hissəsinin birbaşa maliyyə ayırması şəklində həmin müəssisələrə verilməsi təklif edilir.

Proqramda 290 min mikro sahibkarı əhatə edən müəssisələr var. Mikro sahibkarların maliyyə yastığı dardır və ilk növbədə onlara zərbə dəyib və onların vergi ödənişlərini baza kimi istifadə edərək ödəniş və yardımlar həyata keçiriləcəyik. Bu, həm biznesin dəstəklənməsi, həm də əhatə olunmuş şəxslərin sayı baxımından böyükdür".

Nazir deyib ki, vergi güzəştləri və tətilləri proqramı da var və onların mahiyyəti də açıqlanacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)