Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək
Xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə maliyyə təşkilatları üzrə bəzi istiqamətlərdə fəaliyyətlər davam etdiriləcək.
ENA.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Xüsusi rejim dövründə maliyyə təşkilatları üzrə fəaliyyət göstərəcək sahələr aşağıdakılardır:
•Banklar və valyuta mübadiləsi məntəqələri
•Sığorta təşkilatları
•Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar
Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.