Rusiya koronavirusun yayılmasında “partlayış” dövrünə hazırlaşır

Rusiya koronavirusun (COVID-19) ölkədə yayılması prosesində “partlayış” dövrünə hazırlaşır.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bununla bağlı Rusiyanın Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Nikolay Malışev münasibət bildirib:
“Nüvə reaksiyası” tipində partlayış xarakterli bir situasiyaya hazırlaşırıq. Əvvəlcə virusa yoluxanların sayının ədədi, indi isə həndəsi silsilə ilə əlavə olunduğunu görürük”.
O qeyd edib ki, “partlayış” baş verəndə əsas məsələ hadisələrə operativ reaksiya vermək olacaq.