Bakıya gələn dörd nəfər müayinədən yayındı - AXTARIŞA VERİLDİ
Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn dörd nəfər təyin olunmuş zala gəlməyərək, tibbi müayinədən yayınıblar.
ENA.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib.
Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.