Sağlamlıq

Çində bir ilk

Çində ortaya çıxaraq dünyaya yayılan epidemiyada, ilk dəfə ölkə daxilində Covid-19-a yoluxan aşkar edilməyib.

ENA.az Şinhua agentliyinə istinadən xəbər verir ki, Milli Səhiyyə Komissiyası, ölkədə dünən aşkar edilən 34 yeni Covid-19 xəstəsinin hamısının xaricdən gələnlər olduğunu açıqlayıb. 

Paytaxt Pekində 21, Şanxayda 2, Guangdongda 9, Heylongciang və Cıciang əyalətlərində də bir adamda Kovid-19 aşkar edildiyi, bu faktların hamısının ''idxal'' olduğunu qeyd edilib. 

"Worldometer" internet saytı, dünya daxilində yeni növ koronavirusa yoluxduğu aşkarlananların sayının 219 min 265 nəfər olduğunu açıqlayıb. Sayta görə, Covid-19 səbəbilə cəmi 8 min 968 nəfər ölüb, 85 min 745 nəfər də sağalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)