Qızılın qiyməti 4350 dollardan aşağı düşüb (02.09.2026)
Qızılın qiyməti avqustun 7-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4350 dollardan aşağı düşüb.
ENA.az xəbər verir ki, "Comex" birjasının məlumatına görə, dekabr fyuçerslərinin qiyməti 3 faizdən çox ucuzlaşıb.
Bakı vaxtı ilə saat 05:51-də qızılın bir troya unsiyasının qiyməti 4343,6 dollar təşkil edib. Daha sonra ucuzlaşma sürətlənib və qiymət 4337,5 dollara enib.


















