Sosial iqtisadiyyat

Milli Məclis komitə və komissiya iclaslarını dayandırır

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

ENA.az xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, iclasın gündəliyi ölkədə koronavirusa qarşı səmərəli mübarizənin təşkili ilə bağlıdır:

“Azərbaycanda bu sahədə görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilir. Ötən gün Baş Nazir koronavirsula bağlı təlimat imzalayıb. Tələblərdən biri iclasların, tədbirlərin keçirilməsinin yekunlaşdırılmasıdır. Bununla əlaqədar parlamentin komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır. Fəaliyyətimizi bu təlimat məktubuna uyğun qurmalıyıq. Bu adi epidemiya deyil, Bu virus yüksək sürətlə yayılır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department