Sosial iqtisadiyyat

Ticarət mərkəzi alış-veriş mağazalarını bağladı

Dünən “Metropark” öz icarəçilərinə müraciət edib. ENA.az xəbər verir ki, ticarət mərkəzinin rəhbərliyi  bildirişlə mərkəzin fəaliyyətinin dayandırıldığını elan edib.

Bildirişə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.03.2020-ci il tarixli qərarına əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün alış-veriş mərkəzləri 16.03.2020-ci il tarixində axşam saat 00:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandırır.

O cümlədən, metropark Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərən “JYSK”, “Yapı Kredi Bank”, “Rahat Market” xaric olmaqla, Metropark Ticarət və Əyləncə Mərkəzi 16.03.2020-ci il tarixindən etibarən müvəqqəti olaraq tərəfimizdən verilən növbəti açıqlamaya qədər xidmət göstərməyəcək.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)