Sosial iqtisadiyyat

60 yaşdan yuxarı şəxslərin iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilib

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumlarında çalışan 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilib.

ENA.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda deyilir.

Qeyd edək ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department