Express Bank işçi axtarır - VAKANSİYA
Vəzifə: Katiblik şöbəsi / İnzibati işlər üzrə mütəxəssis
Namizədə dair tələblər:
- Ali təhsil (filoloji-humanitar təhsilə üstünlük verilir)
- Planlaşdırma, analitik düşüncə və ünsiyyətqurma bacarığı
- Mükəmməl Azərbaycan və yaxşı səviyyədə rus dili bacarığı
- Ofis proqramları ilə işləmək bacarığı
- Hesabat tərtib etmə bacarığı
Vəzifə öhdəlikləri:
– Texniki / xidməti personalın fəaliyyətinə nəzarəti həyata keçirir;
– Təhkim olunduğu ofisin səliqə-sahmanını, bütün lazımi inventarlarla təchiz edilməsini təmin edir;
– Struktur bölmələrdən ofis avadanlığı və ləvazimatlarına dair sifariş və sorğuları qəbul edir, elektron sənəd dövriyyəsində (ESD-də) yerləşdirir və icraya nəzarət edir;
– Zərurət yarandıqca rəhbərliklə struktur bölmələr arasında kommunikasiyanı təşkil edir;
– İclas otaqlarını görüş üçün rezerv edir, yığıncaqlar üçün tələb olunan vəziyyətdə saxlanmasına nəzarət edir;
– Kontragentlərdən daxil olan sənədlərin qəbulu, qeydiyyatı və rəsmiləşdirilməsinə nəzarəti həyata keçirir;
– Bankdaxili sənəd dövriyyəsi üzrə işin düzgün aparılması / sənəd dövriyyəsinin idarə edilməsinə nəzarəti təmin edir;
– Ofis avadanlığının uçota alınması, paylanması, mühafizəsi, tələb olunan vəziyyətdə saxlanması və onlardan istifadəyə nəzarəti həyata keçirir;
– Kollegial qurumların qərarlarının protokollaşdırılmasını təmin edir;
– Katiblik şöbəsinin fəaliyyətini əks etdirən hesabatların hazırlanmasında işirak edir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərin mövzu yerinə “Katiblik şöbəsi / İnzibati işlər üzrə mütəxəssis” yazaraq cv@expressbank.az ünvanına göndərilməsi xahiş olunur.