Vahid Əhmədov bank əmanətləri ilə bağlı Prezidentə müraciət etdi
![](https://ena.az/uploads/news/2020-03/_ena_0af1e3ae53fba38925ab5d0ad_o.jpg)
“Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti 3 il uzadılmalıdır”.
ENA.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat bu müddətin uzadılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib:
“Cənab Prezidentdən xahiş edirəm ki, əhalinin maraqlarını nəzərə alaraq bu müddəti 3 ilə uzatsın. Hazırda sənədə təklif olunan 9 ay müddəti heç bir nəticə verməyəcək. Bu, insanlarımızda müəyyən anlaşılmazlıqlar yaradacaq”.