Bank

5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.

Həmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 241 milyon 287 min manat), "Xalq Bank" (364 milyon 773 min manat), "Yelo Bank" (348 milyon manat), "PAŞA Bank"dır (333 milyon manat) və "Bank VTB Azərbaycan"dır (315,815 milyon manat).

Qalan 24 bankdan 2-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 6 bankda 100-200 milyon manat arasında, 11 bankda isə 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 1 bankda 10-50 milyon manat arasında, 1 bankda isə 10 milyon manatda azdır.

 

5 bankın nizamnamə kapitalı artıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

Həmin banklar "Access Bank", "Xalq Bank", "Turan Bank", "Naxçıvan Bank" və "Muğan Bank"dır.

Ən yüksək dinamika "Access Bank"da (84,5%), ən aşağı dinamika isə "Muğan Bank"da (7,9%) qeydə alınıb.

1 bankın - "Express Bank"ın nizamnamə kapitalı 18% azalıb.

Qalan 23 bankın nizamnamə kapitalı dəyişməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)