Universitetlərdə dərs ili uzadıldı - QƏRAR

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqqında qərar verib.
ENA.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.
Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq.
Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.