Sağlamlıq

Çində koronavirusa yoluxanların 77%-i sağalıb

Çində indiyədək koronavirusa yoluxmuş şəxslərin, 77%-i sağalaraq xəstəxanadan evə buraxılıb.

Bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Son göstəricilərə görə, Çinin materik hissəsində koronavirusa yoluxma faktlarının sayı 80 793-dür. Qeyd edilir ki, bunlardan 62 793 nəfəri sağalaraq evə buraxılıb.

Ümumilikdə virus 3 169 nəfərin həyatına son qoyub. Ölüm nisbəti 3,9% təşkil edir.

Qeyd edək ki, koronavirusun yayılmağa başladığı Hubey vilayəti istisna olmaqla Çində indəyədək 13 012 yoluxma faktı qeydə alınıb. Onlardan 113-ü ölümlə nəticələnib. Ölüm faizi 0,86% təşkil edib. Hubey vilayətində isə ölüm 4,5%-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department