Depozit hərracında tələb təklifi 3 dəfə üstələyib
![](https://ena.az/uploads/news/2020-03/_ena_691aa7bf7ed932d0765039078_o.jpg)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən ENA.az-a verilən məlumata görə, martin 11-də Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 313 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.
Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.