Berdıməhəmmədov Azərbaycana gəlir
Martın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycana rəsmi səfər edəcək.
ENA.az Türkmənistanın Dövlət İnformasiya Agentliyinə (TDX) istinadən xəbər verir ki, Q.Berdıməhəmmədovun Bakıya səfəri zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin əsas aspektləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Bundan əlavə, danışıqlar zamanı ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsinə və şaxələndirilməsinə böyük diqqət yetiriləcəyi gözlənilir.
“Türkmənistan və Azərbaycanın böyük təbii ehtiyat potensialı, o cümlədən böyük karbohidrogen ehtiyatları var və bu strateji əhəmiyyətli sahələrdə səmərəli əlaqələr üçün geniş perspektivlər açır. İki tərəf üçün vacib mövzulardan biri də 2018-ci ilin avqustunda qəbul edilmiş Xəzərin hüquqi statusu haqqında Konvensiyanı nəzərə almaqla Xəzəryanı dövlətlərin beştərəfli əməkdaşlığı üçün müvafiq hüquqi bazanın formalaşdırılmasıdır.
Bundan əlavə, nəqliyyat dəhlizləri, quru və dəniz yük daşımaları yolları danışıqların vacib mövzularından olacaq”, - TDX bildirib.