Sağlamlıq

Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini dayandırdı - VİRUS TƏHLÜKƏSİ

Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb. 

ENA.az xəbər verir ki, koronavirusla əlaqədar məhkəmə prosesləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bildirilir ki, yalnız bəzi vacib işlərə baxılacaq, məhkəmə işçiləri iş yerlərinə gələcək. Ancaq proses iştirakçıları qismində sakinlərin iştirakına qadağa qoyulub.

Qeyd edək ki, bu barədə ilk məlumatı News24.az yayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)