Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,64 dollar və ya 1,36% artaraq 47,82 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,67 dollar və ya 1,29% artaraq 52,53 dollar təşkil edib.