İranda 23 deputat koronavirusa yoluxub
İranda koronavirusa yoluxan deputatların sayı artıb.
“ENA” “Al Arabiya”ya istinadən xəbər verir ki, İran parlamentinin 23 deputatında koronavirus testi müsbət çıxıb.
İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 1501 nəfərdir.
Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub.
Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 333-ə çatıb. Bunların 48 264 nəfəri sağalıb, 3 120 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.