Sosial iqtisadiyyat

Bakıda maskaların qiyməti sürətlə bahalaşır: bəzi apteklərdə tapılmır

Azərbaycanda koronovirus ajiotajından istifadə edən apteklər "maska biznesi"nə başlayıblar. Maskaların qiyməti 2 dəfə bahalaşıb. 

ENA.az xəbər verir ki, maskalara tələbatın artdığını görən apteklər onun qiymətini qaldırıblar. Əvvəllər 10 qəpiyə olan ağ rəngli maskalar bugündən 20 qəpiyə, qara rəngli maskalar isə 30 qəpiyə qalxıb. 

Bəzi apteklərdə isə ümumiyyətlə maska tapılmır. Səbəbi isə odur ki, insanlar isə kütləvi şəkildə maska almağa başlayıblar.  

Xatırladaq ki, hələ 1 həftə əvvəl apteklərdə 1 nəfər 10 dənədən çox maska ala bilmirdi. Bu gün isə limit 5-ə enib.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)