Sosial iqtisadiyyat

Bakı Nəqliyyat Agentliyindən TƏCİLİ AÇIQLAMA

Bakının Yasamal rayonunda, Müzəffər Həsənov küçəsində Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmadan nəqliyyat vasitələrinin hərəkətinə (20 Yanvar dairəsi istiqamətində) məhdudiyyət qoyulub.

ENA” xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, məhdudiyyət həmin küçədən keçən 7B, 14, 18, 102, 114A, 114B, 159, 165, 193 və 211 nömrəli marşrutlar üzrə avtobusların nizamlı fəaliyyətinə ciddi təsir edir.

"Hazırda avtobuslar "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Zərdabi küçəsindən geriyə dönməklə təşkil edilib. Bu da iritutumlu avtobusların hərəkətinə maneə yaradır. Avtobuslar hazırda gecikmə ilə hərəkət edirik ki, bu da sərnişinlərin uzun müddət dayanacaqda qalaraq vaxt itirməsinə səbəb olur. Eyni zamanda dayanacaq məntəqəsində insanların çox toplanması onların yolun hərəkət hissəsinə çıxmasına rəvac verir. Nəticədə hərəkət təhlükəsizliyi səviyyəsi aşağı düşür. Hazırda qeyd edilən ərazidə müşahidə edilən tıxaca və ictimai nəqliyyatın hərəkətində yaranmış gecikmələrə görə Bakı Nəqliyyat Agentliyi heç bir məsuliyyət daşımır.

Ölkə Prezidentinin fərmanı əsasında Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat verilməlidir", - açıqlamada qeyd olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department