BİZNES

Azərbaycan düyü idxalını 35% azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 1 milyon 792 min ABŞ dolları dəyərində 2 min 966 ton düyü idxal edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 1 milyon 711 min dollar (48,9%) və 1612 ton (35,2%) azdır.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,25%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)