Sosial iqtisadiyyat

Ən çox gəlir əldə edən pərakəndə ticarət şirkətləri - 4,74 TRİLYON DOLLAR

"Deloitte"nin "Pərakəndənin Qlobal Gücləri 2020" hesabatına görə, dünyada gəlir baxımından ən böyük 250 pərakəndə ticarət şirkətinin əldə etdiyi cəmi gəlir 4,74 trilyon dollar təşkil edib. 

"ENA" hesabata istinadən xəbər verir ki, 250 pərakəndə şirkətin cəmi gəlirləri 4,1% artıb.

Siyahıda yer alan şirkətlər hər biri orta hesabla 19 milyard dollar gəlir əldə ediblər.

Dünyanın ən böyük 250 pərakəndə ticarət şirkətinin 88-i Avropadandır.


2018 maliyyə ilində ən böyük 10 pərakəndə ticarət şirkəti və gəlirləri

 

1 - Wal-Mart  514 milyard 405 milyon dollar

2 - Costco  141 milyard  576 milyon dollar 

3 - Amazon  140 milyard  211milyon dollar 

4 - Schwarz  121 milyard 581 milyon dollar 

5 - The Kroger 117 milyard 527 milyon dollar 

6 - Walgreens  110 milyard 673 milyon dollar

7 - The Home Depot Inc  108 milyard 203 milyon dollar 

8 - Aldi Group  106 milyard 175 milyon dollar 

9 - CVS Health  83 milyard 989 milyon dollar 

10 - Tesco PLC  82 milyard 799 milyon dollar 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)