Sağlamlıq

24 saatda virusdan ən yüksək ölüm qeydə alındı

Çində yeni növ koronavirüs (2019-nCoV) epidemiyasında son 24 saatda 97 nəfər ölüb. 

ENA.az Çin Milli Səhiyyə Komissiyasına istinadən xəbər verir ki, ölənlərin sayı 909-a, virusa yoluxanların sayı 40 min 171-ə çatıb.

Müşahidə altına alınanların sayı isə 187 min 518 nəfərdir. 

Ölkədə epidemiyada 24 saatda ən yüksək ölüm qeydə alınıb - 97 nəfər.  Həmçinin son 24 saatda virusa yoluxmuş 3 min 62 yeni xəstə aşkar edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)