Sosial iqtisadiyyat

“ASAN xidmətin” bu qurumuna bir SMS 2,2 qəpiyə başa gələcək

Azərbaycanda “ASAN xidmət” tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC 12,5 milyonluq SMS-in daxil olduğu paket alıb.

ENA.az bildirir ki, bununla bağlı, Mərkəz, IT şirkəti olan “L-SİM” Məhdud Məsuliyyətli Cəmiyyət ilə satınlama müqaviləsi bağlayıb.

SMS paketinin satın alınması “İnnovasiyalar Mərkəzi”nə 280 250 manata başa gələcək ki, bu da 1 SMS üçün 2,2 qəpik xərc çəkilməsi deməkdir.

“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.

Həm özəl, həm də dövlət sektorunda istənilən sənaye, maliyyə, elm, təhsil və digər xidmətlər sahəsində informasiya texnologiyalarının tətbiqi və onlara texniki dəstəyin verilməsi, informasiya sistemlərinin və informasiya ehtiyatlarının yaradılması və təkmilləşdirilməsini həyata keçirirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)