Dövlət şirkəti bazardan 60 min tona yaxın әrzaq mәhsulları alıb - SİYAHI
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar tәdarük vә tәchizat” ASC 2019-cu ildə dövlәt büdcәsindәn maliyyәlәşәn 867 müәssisә vә tәşkilatla satınalma müqavilәsi imzalanmış vә müqavilәyә әsasәn mәrkәzi vә yerli icra hakimiyyәti orqanlarına mәxsus 2014 tәchizetmә nöqtәsinә әrzaq tәchizatı hәyata keçirilmәyә başlanmışdır.
“Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәti tәrәfindәn 2019-cu il әrzindә görülmüş işlәr barәdә Hesabatda qeyd edilib ki, 2019-cu il әrzindә ümumilikdә 2014 tәchizetmә nöqtәsinә 57 937 ton mәhsul tәchiz edilmişdir.
Hesabatda qeyd edilib ki, satınalan tәşkilatların tәlәbatlarının öyrәnilmәsi mәqsәdilә tedaruk.az portalında elanlar yerlәşdirilmiş vә 163 mәhsul üzrә 310 istehsalçı vә satıcıdan tәklif qәbul edilmişdir. Hәmin tәkliflәr üzrә müvafiq araşdırmalar aparıldıqdan sonra 177 istehsalçı vә satıcı ilә müqavilә imzalanmışdır.