Sığorta sektorunun zəif yerlərini aşkara çıxarmaq üçün qiymətləndirmə aparılacaq
“Mərkəzi Bank Dünya Bankı ilə maliyyə sektorunun qiymətləndirilməsini həyata keçirəcək.
“ENA”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“Cari ildə, yaxın dövrdə, Dünya Bankı ilə birlikdə bütölükdə maliyyə sektorunun, o cümlədən sığorta sektorunun qiymətləndirilməsini aparacağıq. Sığorta sektorunun zəif yerlərini, inkişaf perspektivlərini aşkara çıxarmaqla yeni strategiyanın qəbul olunmasına çalışacağıq”,- o deyib.
Elman Rüstəmov əlavə edib ki, Mərkəzi Bank Azərbaycan Sığortaçılar Assosiasiyası ilə kompleks tədbirlər hazırlayır: “Mərkəzi Bankda icbari sığortanın artırılması, rəqəmsallaşdırma, maarifləndirmə, sığorta xidmətləri istehlakçılarının hüquqlarının qorunması, müştəri məmnuniyyətinin gücləndirilməsi istiqamətlərində tapşırıqlar verilib. Mərkəzi Bank Assosiasiya ilə birlikdə kompleks tədbirlər hazırlayır. Bu tədbirləri ardıcıl olaraq yerinə yetirəcəyik”.