Yeni avtobuslar gömrükdə 194.2 min dollar dəyərində sənədləşdirilib
Bakı Nəqliyyat Agentliyi (BNA) üçün yeni avtobuslar Azərbaycan gömrüyündə 194.2 min dollar dəyərində sənədləşdirilib.
2019-cu ilin iyun-noyabr aylarında Türkiyədən 280 ədəd maye qazla işləyən sərnişin avtobusları tədarük edilib, onların hər biri Azərbaycan gömrüyündə 194.2 min dollardan sənədləşdirilib.
Ümumilikdə, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 280 avtobusun ümumi bəyan edilmiş dəyəri 54 milyon 377 min ABŞ dolları təşkil edib. Türkiyədə bu avtobusların qiyməti təxminən eyni məbləğdə (55.459 min dollar) bəyan edilib.