"Fors-major olmasa, 2020-ci ildə neftin qiyməti - 55-65 dollar olacaq"
2020-ci ildə dünya bazarlarında neftin qiyməti $55-65 civarında qalacaq. Prezident İlham Əliyev belə hesab edir.
ENA.az xəbər verir ki, “Düşünürəm ki, bugünkü qiymət səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları təmin edir. Azərbaycana gəlincə, bu il büdcəmizdə bir barrel neftin qiyməti $55 müəyyən edilib, lakin hazırda qiymət daha yüksəkdir. Düşünürəm ki, bir barrel neftin qiyməti $55-65 civarında qalacaq”, - Əliyev “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı vurğulayıb ki, neftin qiymətinin bu diapazonu fors major halları olmayacağı zaman qalacaq.