Sosial iqtisadiyyat

Azərbaycanda icra başçısına müavinlər TƏYİN EDİLDİ

Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.

ENA.az xəbər verir ki, Füzuli Kərimli Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 

Mirqubat Orucov isə İH-i başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, sentyabrda Vahid Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra İH-i başçısının birinci müavini Rasim Novruzov vəzifəsindən azad edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)