Bank

"Yelo Bank"da yeni təyinat

Yaşar Kərimov "Yelo Bank"ın İdarə Heyəti sədrinin müavini təyin olunub.

ENA.az xəbər verir ki, Yaşar Kərimov tənzimləyici orqanın müvafiq təsdiqindən sonra İdarə Heyəti sədrinin müavini və Pərakəndə bankçılıq idarəsinin rəhbəri vəzifəsində fəaliyyətə başlayacaq. Həmçinin, təcrübəli bankir xidmət modelinin dəyişdirilməsi prosesinə də rəhbərlik edəcək.

Qeyd edək ki, Y.Kərimov bank sahəsində 15 illik təcrübəyə malikdir və uzun müddət digər banklarda pərakəndə bankçılıq, marketinq və biznesin inkişafı, o cümlədən informasiya texnologiyaları sahəsində rəhbər vəzifələr tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)