Sosial iqtisadiyyat

Yasamalda işıq olmayacaq

Sabahdan Yasamal rayonu ərazisindəki A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələlərinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandırılacaq. 

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

O qeyd edib ki, buna səbəb köhnə Sovetski adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik veriliş xəttlərinin və yeraltı kabel xətlərinin (elektrik enerjisi infrastrukturunun yenidən qurulması) yenilənməsidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)